ABŞ Suriyada məqsədlərinə çatmadan hərbçilərini çıxarmayacaq

ABŞ Suriyada məqsədlərinə çatmadan hərbçilərini çıxarmayacaq
# 15 aprel 2018 16:35 (UTC +04:00)

ABŞ Suriyadakı qoşunlarını qarşısına qoyduğu bütün məqsədlərə çatmadan çıxarmayacaq.

APA-nın məlumatına görə, bunu "Fox News Sunday"a müsahibəsində ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.

N. Heyli bu məqsədlər sırasında İŞİD terror təşkilatı üzərində qələbə, ABŞ üçün kimyəvi silah riskinin tam aradan qaldırılması və İranın fəaliyyətinin izlənilməsi daxildir.

Bundan əvvəl ABŞ Suriyada məqsədlərinin yalnız İŞİD-ə qalib gəlmək olduğunu bəyan edib.

Qeyd edək ki, aprelin 13-dən 14-ə keçən gecə ABŞ, Böyük Britaniya və Fransa Suriyaya bir neçə hərbi obyektə raket zərbəsi endirib. Bu addım Suriya ordusunun Duma şəhərində kimyəvi silah tətbiq etməsi barədə yayılan xəbərlə əsaslandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR