Rusiyada hərbi maşın qəza törədib, 4 nəfər ölüb

Rusiyada hərbi maşın qəza törədib, 4 nəfər ölüb
# 29 dekabr 2016 01:09 (UTC +04:00)

Rusiyanın Saxalin vilayətində hərbi maşın qəza törədib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Oqonki-Nevelsk yolunun 29-cu kilometrində, dağ yolunda qeydə alınıb.

“Ural” markalı yük maşını qarlı hava şəraitində idarəetməni itirərək “Toyota Vista” markalı minik avtomobilinə çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü və üç sərnişin hadisə yerində ölüb.

İlkin ehtimala görə, qəzaya hava şəraitinin pis olması səbəb olub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR