Rusiya XİN: İŞİD beynəlxalq koalisiyadan daha mütəşəkkildir

Rusiya XİN: İŞİD beynəlxalq koalisiyadan daha mütəşəkkildir
# 25 may 2015 21:26 (UTC +04:00)

Bakı-APA. Rusiya XİN-i hesab edir ki, İŞİD terror təşkilatının öz fəaliyyətini ABŞ-ın rəhbərliyi altında olan beynəlxalq koalisiyadan daha mütəşəkkil şəkildə həyata keçirir.

APA-nın məlumatına görə, bu barədə qurumun rəsmi saytı məlumat verib.

“Təəssüflə bildirməliyik ki, ABŞ-ın rəhbərliyi altında antiterror koalisiyasının bütün səylərinə baxmayaraq, İŞİD-in hərəkətləri daha mütəşəkkil görünür”, sənəddə bildirilir.

Bununla əlaqədar Rusiyanın xarici işlər idarəsi beynəlxalq və regional tərəfləri terror təhlükəsi ilə mübarizədə “ikili standartlardan” əl çəkməyə və İŞİD-lə mübarizə aparan Yaxın Şərq ölkələri ilə əməkdaşlıq etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR