Goranboyda traktor minik avtomobili ilə toqquşub, xəsarət alan var

Goranboyda traktor minik avtomobili ilə toqquşub, xəsarət alan var
# 10 iyul 2018 12:38 (UTC +04:00)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Muzdurlar kəndində qeydə alınıb.

Rayonun Kələk kənd sakini Rizvan Əliyev idarə etdiyi traktorla hərəkətdə olarkən idarəetməni itirib və traktor minik avtomobili ilə toqquşub. Qəza zamanı R. Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR