Mingəçevirdə yaşayış binasında yanğın baş verib, 5 nəfər xilas olunub, 37 nəfər təxliyə edilib

Mingəçevirdə yaşayış binasında yanğın baş verib, 5 nəfər xilas olunub, 37 nəfər təxliyə edilib
# 11 dekabr 2017 22:43 (UTC +04:00)

Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Mingəçevir şəhərində çoxmərtəbəli yaşayış binasının şaxtasında 30 p.m kabel yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmiş 5 nəfər xilas edilib və 37 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yağından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR