Gürcüstan baş nazirinin Ermənistana səfəri təxirə salınıb

Gürcüstan baş nazirinin Ermənistana səfəri təxirə salınıb
# 30 noyabr 2017 15:27 (UTC +04:00)

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin Ermənistana rəsmi səfəri təxirə salınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.

Məlumata əsasən, baş nazirin Ermənistana səfəri Gürcüstan parlamentinin hökumətin yenilənmiş tərkibini təsdiq etməsindən sonra baş tutacaq.

Qeyd edək ki, G.Kvirikaşvilinin Ermənistana səfəri dekabrın 1-nə planlaşdırılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR