Putin: “ABŞ-la münasibətlərin pisləşməsindən narahatıq”

Putin: “ABŞ-la münasibətlərin pisləşməsindən narahatıq”
# 12 oktyabr 2016 15:04 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “Moskva Rusiya-ABŞ münasibətlərinin pisləşməsindən narahatdır. Rusiya belə nəhəng ölkə ilə dostluq münasibətlərinə malik olmaq istəyərdi”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin “Rusiya çağırır” adlı forumun plenar iclasında çıxışında bildirib. “Biz ABŞ-la münasibətlərimizin korlanmasından narahatıq. Bu, bizim seçimimiz deyil, heç vaxt buna səy göstərməmişik. Əksinə, belə böyük, dünya iqtisadiyyatının aparıcı ölkəsi ilə dostluq münasibətlərinə malik olmaq istəyirik”, - deyə Rusiya prezidenti qeyd edib.


V. Putin ABŞ-da keçiriləcək prezident seçkilərinə də münasibət bildirib. Rusiya dövlət başçısı seçiləcək ABŞ prezidentli ilə işləyəcəklərini vurğulayıb: “Amerika xalqı lazım bildiyi seçimi edəcək. Bütün hallarda biz hər hansı seçilmiş ABŞ prezidenti ilə işləməyə hazırıq, əgər o, Moskva ilə işləməyi istəsə...”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR