OPEC apreldə Vyana razılaşmasını 172% yerinə yetirib

OPEC apreldə Vyana razılaşmasını 172% yerinə yetirib
# 16 may 2018 11:57 (UTC +04:00)

OPEC aprel ayında gündəlik neft hasilatını 2016-cı ilin oktyabr ayı ilə müqayisədə 2,03 mln. barel azaldıb və bununla da Vyana razılaşmasını 172% yerinə yetirib.

APA-Economics”in “Prime” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin may ayında hazırladığı hesabatda deyilir.

Aylıq nisbətdə apreldə OPEC-in neft hasilatı gündəlik 130 min barel azalaraq gündəlik 31,65 mln. barelə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR