"Azəristiliktəchizat" "Polimer Sənaye Parkı" MMC ilə müqavilə imzalayıb

"Azəristiliktəchizat" "Polimer Sənaye Parkı" MMC ilə müqavilə imzalayıb
# 05 dekabr 2017 05:48 (UTC +04:00)

"Azəristiliktəchizat" ASC-nin açıq tenderində tender komissiyasının 1 dekabr 2017-ci il tarixli qərarı ilə lot-2 üzrə "Polimer Sənaye Parkı" MMC qalib elan olunub.


"APA-Economics" xəbər verir ki, qalib şirkətlə müvafiq satınalma müqaviləsi imzalanıb.


Qeyd edək ki, müqavilənin predmeti istilik təchizatı obyektləri üçün müxtəlif təyinatlı mal-materialların alınması, məbləği isə 279 min 296,75 manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR