Türkiyə İstanbul kanalının tikintisi üçün tender elan edəcək

Türkiyə İstanbul kanalının tikintisi üçün tender elan edəcək
# 22 dekabr 2019 10:11 (UTC +04:00)

Yaxın həftələrdə Türkiyə İstanbul kanalının tikintisi üçün tender elan edəcək və layihənin reallaşdırılmasına başlanılacaq.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

R. T. Ərdoğan deyib ki, Panama, Süveyş kanalı kimi Türkiyə də dəniz ticarəti üçün İstanbul kanalını tikəcək və bunun nəticəsində boğazlar gəmilər və tankerlərin qəzaya uğraması nətəcəsində ekoloji fəlakətlə üzləşməyəcək.

R. T. Ərdoğan Türkiyənin ixracatını 500 milyard dollara çatdırmaqda qərarlı olduğunu da vurğulayıb: “Bu ilin üçüncü rübündə iqtisadi artım 0,9 faiz olub və Türkiyə iqtisadiyyatı böyümə mərhələsinə qədəm qoyub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR