Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin müsbət saldosu ötən il 32% artıb

Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin müsbət saldosu ötən il 32% artıb
# 14 yanvar 2020 12:45 (UTC +04:00)

2019-cu il ərzində Azərbaycanın Gürcüstanla apardığı ticarət mübadiləsinin həcmi 659 027,04 min ABŞ dolları təşkil edib ki, bu da 2018-ci il ilə müqayisədə 79 586,34 min dollar və ya 13,7% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, ötən il Azərbaycandan Gürcüstana ixracın həcmi 2018-ci il ilə müqayisədə 101 557,47 min dollar və ya 20,9% artaraq 586 904,09 min dollar, idxalın həcmi isə 21 971,13 min dollar və ya 23,3% azalaraq 72 122,95 min dollar təşkil edib.

Nəticədə, 514 781,14 min dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 123 528,6 min dollar və ya 31,6% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR