Çexiyada ABŞ radarlarının yerləşdirilməsi nəzərdə tutulan poliqonun ləğvinə qərar verilib

Çexiyada ABŞ radarlarının yerləşdirilməsi nəzərdə tutulan poliqonun ləğvinə qərar verilib
# 12 dekabr 2014 14:36 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Çexiya parlamenti Müdafiə Nazirliyinin Brdo bölgəsində olan poliqonunu ləğv etmək barədə qərar qəbul edib.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, vaxtilə ABŞ radarlarının yerləşdirilməsi nəzərdə tutulan poliqonun ləğv edilməsi məsələsi parlamentdə müzakirələrə səbəb olub.

Digər hərbi poliqonların da ərazisi ümumilikdə 1/3 dəfə azaldılaraq 130 min kv/km-dən 88 min kv/km-ə endirilib.

Müdafiə naziri Martin Stropnitskiy bildirib ki, əvvəllər ölkə ərazisindəki hərbi poliqonlar 115 min nəfərlik ordu üçün nəzərdə tutulub, hazırda isə Çexiya ordusunda şəxsi heyət 21 min nəfərdən ibarət olduğuna görə, poliqonlara görə dövlət 3,2 milyon dollar dəyərində əlavə xərc ödəməli olur.

Qeyd edək ki, Çexiyada ABŞ-ın raketdən müdafiə sistemləri qoşulub və bura NATO-nun Şərqi Avropada möhkəmləndiyi əsas ölkələrdəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR