Tovuzda evdə partlayış olub, bir nəfər xəsarət alıb - VİDEO

Tovuzda evdə partlayış olub, bir nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 09 dekabr 2014 07:02 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Tovuz rayonunda qaz partlaması nəticəsində bir nəfər yanıb. APA-nın qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər rayonun Qovlar qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1973-cü il təvəllüdlü Allahverdiyev Rasim Şəmistan oğlu yaşadığı evdə qaz sobasını yandırmaq istəyərkən partlayış olub.

Xəsarət alan R. Allahverdiyev 2-3-cü dərəcəli texniki yanıq və yanıq şoku diaqnozu ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan onun vəziyyətinin orta-ağır olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR