“Bank VTB”nin rəhbəri: “Rusiya bankları Azərbaycandan maliyyə resursları cəlb edə bilər”

“Bank VTB”nin rəhbəri: “Rusiya bankları Azərbaycandan maliyyə resursları cəlb edə bilər”
# 20 sentyabr 2014 12:40 (UTC +04:00)

Bakı - APA-Economics. Rusiya bankları Çin və Sinqapur, eləcə də Asiyanın digər əsas bazarları ilə yanaşı, Azərbaycan və Qazaxıstandan da maliyyə resursları cəlb edə bilər.

APA-Economics”in məlumatına görə, bu barədə İTAR-TASS-a müsahibəsində “Bank VTB”nin (Rusiya) rəhbəri Andrey Kostin deyib.

“Rusiyanın maliyyə strukturları Qərblə müqayisədə Şərqlə bir qədər gec işləməyə başlayıb. Burada sadəcə olaraq tərəfdaş münasibətlərinin inkişafı üçün müəyyən baza yaradılmalıdır. Bundan başqa, maliyyə resursları olan Azərbaycan və Qazaxıstan kimi ölkələr hələ də var və burda da həmçinin işləmək olar”, - deyə bankın rəhbəri bildirib.

A. Kostin həmçinin qeyd edib ki, Şərq və Asiya bazarlarından vəsaitlərin cəlb olunması ilə bağlı perspektivlər mövcuddur və Rusiya bankları, o cümlədən də bankın bununla bağlı kifayət qədər təcrübəsi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR