Rusiyanın “UTair” aviaşirkəti Azərbaycana uçuşu yerinə yetirə bilməyib

Rusiyanın “UTair” aviaşirkəti Azərbaycana uçuşu yerinə yetirə bilməyib
# 10 dekabr 2014 08:27 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bu barədə Rusiyanın Lifenews agentliyi xəbər verib.

Məlumata görə, təxminən 90 sərnişin Moskvanın “Vnukovo” hava limanında Gəncəyə uça bilməyib. Yaranmış vəziyyətə səbəb kimi şirkətin maliyyə durumunun qənaətbəxş olmaması göstərilir. Moskva-Gəncə marşrutuna gəlincə, “UTair” maliyyə vəsaitinə qənaət etmək məqsədilə sözügedən reyslə digərini birləşdirərək, sərnişinləri daha tutumlu olan bir daşıyıcı ilə Gəncəyə göndərmək qərarına gəlib.

Bildirilir ki, Gəncəyə təyin edilən vaxta gələ bilməyən sərnişinlər müvəqqəti olaraq mehmanxanalara yerləşdirilib. Uçmaqdan imtina edən sərnişinlərin pulları tam həcmdə geri qaytarılıb.

Şirkətin digər reysləri cədvəl üzrə yerinə yetirilib.

Məsələ ilə bağlı “UTair” şirkətinin nümayəndəsi “APA-Economics”ə bildirib ki, dünən yerinə yetirilməsi nəzərdə tutulan Moskva-Gəncə aviareysinin ləğvi kifayət qədər sərnişinin olmaması səbəbindən qərarına alınıb: “Mətbuatda qeyd edilən xəbər həqiqətə uyğun deyil. Sərnişinlərin sayı az olduğundan reys dünən təxirə salınıb. Həmin reys bu gün saat 16:20-də yerinə yetiriləcək. “UTair” həftənin şənbə və bazar günləri istisna olmaqla həftə içi hər gün reys həyata keçirir”.

Şirkətdən həmçinin bildirilib ki, Azərbaycana uçuşların yerinə yetirilməsi davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR