Milli Məclis üzvü: “Azərbaycan torpaqlarının 20 faizi işğal olunubsa, Ermənistan müstəqilliyinin 100 faizini itirib”

Milli Məclis üzvü: “Azərbaycan torpaqlarının 20 faizi işğal olunubsa, Ermənistan müstəqilliyinin 100 faizini itirib”
# 26 sentyabr 2014 14:09 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Azərbaycan torpaqlarının 20 faizi işğal olunubsa, Ermənistan müstəqilliyinin 100 faizini itirib.

APA - nın Gürcüstan bürosunun məlumatına görə, bunu Tiflisdə “Şərq tərəfdaşlığı ölkələrində işğal olunmuş ərazilərin hüquqi fəsadları" adlı beynəlxalq konfransda çıxışı zamanı Azərbaycan Milli Məclisinin üzvü Asim Mollazadə deyib.

Onun sözlərinə görə, münaqişələrin coğrafiyası Rusiyanın hərbi bazalarının yerləşdiyi bölgələrdədir: "Biz bu texnologiyanı yaxşı bilirik. Gürcüstanın da başına belə hadisə gəlib. Biz Dağlıq Qarabağda baş verən cinayətlərin şahidi olmuşuq. Bu bölgədə həm Ermənistan Silahlı Qüvvələri, həm də Rusiyanın 336-cı alayının əsgərləri cinayətlər törədiblər. Xocalıda azyaşlı günahsız qız uşaqları vəhşicəsinə öldürülüb. Mən erməni terrorçusunun qələmə aldığı kitabda Xocalı sakini olan azərbaycanlı qızın vəhşicəsinə necə qətlə yetirildiyini oxumuşam".

A. Mollazadə Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu vurğulayıb: "Bu bizim azadlığımızın bir hissəsidir. Ərazimizin 20 faizini itirmişiksə, Ermənistan müstəqilliyinin 100 faizini itirib. Azərbaycanın iqtisadiyyatı gündən-günə sürətlə inkişaf edir. Biz “İpək yolu”, bir çox irimiqyaslı beynəlxalq layihələrdə iştirak edirik".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR