“Fitch”: Neftin ucuzlaşması fonunda Azərbaycan iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirəcək

“Fitch”: Neftin ucuzlaşması fonunda Azərbaycan iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirəcək
# 15 dekabr 2014 13:44 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) böyük həcmdə vəsaitlərinin olması dünya bazarında neftin ucuzlaşması fonundan ölkə iqtisadiyyatına dayanıqlılıq nümayiş etdirmək imkanı verəcək.

Bu barədə “APA-Economics”ə “Fitch” beynəlxalq reytinq agentliyindən məlumat verilib.

Agentliyin analitikləri hesab edir ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan hökuməti mülayim siyasətini qoruyub saxlayacaq. Bu isə öz növbəsində ölkə iqtisadiyyatında artıma səbəb olacaq.

“Bununla yanaşı, neftin qiyməti uzun müddət aşağı səviyyədə qalsa, bu, ölkə iqtisadiyyatının əsas drayverlərindən olan qeyr-neft sektoruna və bank sektorunun kreditləşməsinə yönələn büdcə xərclərinin kəskin azalmasına səbəb olacaq”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR