Bu ilin sonunadək “SPOT 7” peykinin “Azərkosmos”a verilməsi və kommersiya istifadəsinə başlanması planlaşdırılıb

Bu ilin sonunadək “SPOT 7” peykinin “Azərkosmos”a verilməsi və kommersiya istifadəsinə başlanması planlaşdırılıb
# 25 iyul 2014 08:35 (UTC +04:00)

Ölkədə peyk infrastrukturunun inkişafı və müxtəlif təyinatlı peyklərin orbitə çıxarılması məqsədilə aparılan ardıcıl işlər çərçivəsində bu ilin may ayında “Azərkosmos” ASC ilə “Airbus Defence and Space” arasında “Yerin müşahidə xidmətləri sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb. İyun ayının 30-da isə “Airbus Defence and Space” “SPOT 7” peykini Hindistandan müvəffəqiyyətlə orbitə çıxarıb.

Bu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə daxil olan məlumatda bildirilib.

Məlumata əsasən, bu ilin sonuna kimi peyk kommersiya istismarına tam hazır vəziyyətə gətiriləcək.

Hazırda “Airbus Defence and Space” ilə imzalanacaq “Strateji əməkdaşlığa dair” saziş üzərində son tamamlanma işləri aparılır. Sazişdə “SPOT 6” və “SPOT 7” peyklərinin birgə istifadəsindən əldə olunan gəlirlərin “Airbus Defence and Space” və “Azərkosmos” ASC arasında bölünməsini, yerli mütəxəssislərimizin peykin idarəedilməsi və marketinqi sahələri üzrə hazırlanmasını və “Airbus Defence and Space”-in malik olduğu müasir texnologiyaların və biliklərinin Azərbaycana ötürülməsini və s məsələləri əhatə edir.

“SPOT 7” peykinin bu ilin sonunadək “Azərkosmos” ASC-nin mülkiyyətinə keçməsi və kommersiya istifadəsinə başlanması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR