“Muğanbank” istiqrazlar üzrə lotereyanın növbəti tirajını keçiricək

“Muğanbank” istiqrazlar üzrə lotereyanın növbəti tirajını keçiricək
# 12 sentyabr 2014 10:19 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev–APA-Economics. “Muğanbank”ın baş ofisində istiqrazlar üzrə lotereyanın 39-ci tirajı keçiriləcək.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Muğanbank” ASC-nin Ə. Rəcəbli küç. 21B ünvanında yerləşən baş ofisində, sentyabr ayının 15-i, saat 10:00-da adsız istiqrazlar üzrə lotereyanın sayca 39-ci tirajı keçiriləcək.

Məhsula olan yüksək tələbatı və çoxsaylı istiqraz sahiblərinin maraqlarını nəzərə alaraq tirajın gedişi canlı yayımlanacaq.

Adsız istiqrazlar üzrə hər tirajın uduş fondu 562 500 manat, uduşlu istiqrazların sayı isə 2000 ədəd təşkil edir. Maksimum uduş məbləği 50 000 manatdır.

“Muğanbank” ASC-nin istiqraz layihəsi 2009-cu ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmişdir. Bank 50 mln. manat dəyərində 1mln. ədəd istiqraz emissiya edib. Hər istiqrazın nominal dəyəri 50 manatdır. 10 illik dövriyyə müddətində 80 tiraj keçiriləcək.

İstiqraz sahiblərinə hər bir tiraj barədə məlumat verilir və onların bankın baş ofisinə gələrək hər bir tirajda iştirak etmək hüququ var.

Hazırkı məhsulun uduş faizi kifayət qədər yüksəkdir, habelə hər bir istiqraz sahibinə illik 2% gəlir təmin edilir. İstiqraz sahibləri istiqrazlarını istənilən vaxt banka qaytarmaq imkanına malikdir. İstiqraz qaytarılarkən nominal məbləğinin üzərinə yuxarıda göstərilən illik faiz əlavə olunur.

“Muğanbank” ASC-nin məhsulları və xidmətləri ilə bağlı ətraflı məlumat almaq istəyənlər bankın məlumat mərkəzinə, (012) 933 telefon nömrəsinə zəng edə bilərlər. Həmçinin, bankın rəsmi saytı www.muganbank.az, Facebook və Twitter səhifələrini izləməklə bank və onun fəaliyyəti haqqında daim yeni xəbərlərlə tanış ola bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR