® Azərbaycanda “Honda CR-V”nin qış komplektasiyasının satışına başlanılıb - FOTO

<font color=red>® </font>Azərbaycanda “Honda CR-V”nin qış komplektasiyasının satışına başlanılıb - <span style="color: red;">FOTO
# 22 oktyabr 2014 08:04 (UTC +04:00)

Bu barədə “APA-Economics”ə Yaponiyanın “Honda” avtomobil şirkətinin Azərbaycanda rəsmi distribütoru olan Honda Avtomobil Mərkəzindən məlumat verilib.

Şirkətdən bildirilib ki, soyuq havalar üçün ən arzulanan xüsusiyyətlər – qızdırılan yan güzgülər, qızdırılan ön oturacaqlar, avtomatik yanıb-sönən faralar, gündüz LED işıqları və tavanda yük relsləri yeni “Honda CR-V”ni yeni mövsüm üçün aktuallaşdırır.

“Honda CR-V”ni tanıyanlar bilir ki, avtomobilin salonu rahatlıq, inam və nəzarəti əldə saxlamaq üçün dizayn edilib. Yüksəkdə yerləşən sürücü oturacağı ön, yan və arxa görüntünü tamamilə nəzarətdə saxlamağa imkan verir.

Mərkəzi paneldəki Multi-İnformativ Displey (i-MID) audio trekləri, yanacaq qənaəti statistikasını və digər əsas informasiyanı göstərir. Sükan çarxındakı düymələr vasitəsilə i-MID və audio sistem, həmçinin kruiz-kontrol və telefon zəngləri rahatlıqla idarə edilir. ECON düyməsi isə, avtomatik olaraq, nəqliyyatdakı havalandırma kimi sistemləri tənzimləyərək, yanacağa qənaəti yaxşılaşdırır.

“CR-V” sakit idarəetməni təmin etmək üçün “Honda”nın bütün inkişaf etmiş təhlükəsizlik texnologiyaları ilə təchiz olunub. VSA kimi aktiv təhlükəsizlik texnologiyaları toqquşmanın qarşısını alır. “Honda”nın eksklüziv passiv təhlükəsizlik texnologiyası olan Advanced Compatibility Engineering (ACE) kuzov strukturu isə ön qəza enerjinisini avtomobilin qabaq hissəsinə bərabər şəkildə paylayaraq sərnişinlərin müdafiəsini yaxşılaşdırır və avtomobilə dəyən zərəri azaldır.

“Honda CR-V” 2.4 litrlik DOHC i-VTEC mühərrikiilə təqdim olunur. Yeni Operativ Tam Təkər Ötürücülü Ağıllı idarəetmə sistemi sürüşkən yol örtüklərin də əlavə hərəkət qüvvəsini təmin edir.

“Honda CR-V”nin qış komplektasiyası rəsmi distribüterdə 31900 manata təqdim olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR