Con Kerri İordaniya və Səudiyyə Ərəbistanına səfər edəcək

Con Kerri İordaniya və Səudiyyə Ərəbistanına  səfər edəcək
# 08 sentyabr 2014 23:44 (UTC +04:00)

Bakı-APA. Sentyabrın 9-də ABŞ-ın dövlət katibi Con Kerri İordaniya və Səudiyyə Ərəbistanına səfər edəcək.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, səfərin əsas məqsədi “İslam dövləti” qruplaşmasına qarşı koalisiyanın yaradılmasıdır.

“Regiona səfəri zamanı dövlət katibi Kerri yeni İraq hökumətinə dəstək, “İslam dövləti” qruplaşmasına qarşı mübarizə və Yaxın Şərqdə təhlükəsizlik məsələləri ilə bağlı müttəfiqlərlə məsləhətləşmələr aparacaq”, deyə dövlət departamentinin nümayəndəsi Cen Psaki bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR