Nəqliyyat naziri Yardımlıda vətəndaşları qəbul edəcək

Nəqliyyat naziri Yardımlıda vətəndaşları qəbul edəcək
# 25 avqust 2014 14:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Nəqliyyat naziri Ziya Məmmədov Yardımlıda vətəndaşları qəbul edəcək.

Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə Z. Məmmədov avqustun 29-da Yardımlı şəhərində Cəlilabad, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşları ilə görüşəcək.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı avqustun 27-də saat 09:00-dan 18:00-dək müvafiq olaraq Yardımlıda “44 saylı Yol İstismarı İdarəsi” (Yardımlı şəhəri, H. Əliyev prospekti, 110), Masallıda “41 saylı Yol İstismarı İdarəsi” (Masallı şəhəri, Talışxanov küçəsi, 1), Cəlilabadda isə “56 saylı Yol İstismarı İdarəsi” (Cəlilabad rayonu, Göytəpə qəsəbəsi, Qurtuluş küçəsi, 121) ünvanlarda aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR