AMB: Azərbaycanda pulların saxtalaşdırılmasında fəallıq müşahidə olunur

 AMB: Azərbaycanda pulların saxtalaşdırılmasında fəallıq müşahidə olunur
# 18 iyul 2013 12:39 (UTC +04:00)

Onun sözlərinə görə, əgər Avropada dövriyyədə olan hər 20 min əsginasa 1 müsadirə olunmuş saxta banknot düşürsə, Azərbaycanda bu göstərici hər 250 min əsginasa 1 saxta əsginasa bərabərdir. Yəni, təxminən 13 dəfə daha az rast gəlinir.

H.Mənsimov bildirib ki, 2013-cü ilin birinci yarısında AMB bazardan müsadirə edərək, məhv etmək üçün 600-dən çox saxta əsginas çıxarıb: «Azərbaycanda bu istiqamətdə artım dinamikası var. Lakin bizim ölkədə bu istiqamətdə istifadə olunan texnika olduqca aşağı səviyyədə olduğundan, belə halları aşkar etmək çətin olmur».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR