Azərbaycanda kartof istehsalı 4% artıb

Azərbaycanda kartof istehsalı 4% artıb
# 23 sentyabr 2013 14:02 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda 1 032,6 min hektar dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) sahəsi (99,7%-i) biçilib-döyülüb və həmin sahələrdən ilkin çəkidə 2 748,1 min ton taxıl toplanıb, məhsuldarlıq 26,6 sentner olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, sentyabrın 1-nə əsasən qeydə alınan rəqəmlərdir.

Komitənin məlumatında bildirilir ki, təsərrüfatlarda qarğıdalı yığımı davam edir. İndiyədək dən üçün qarğıdalı sahəsinin 33,5%-nin və yaxud 13,0 min hektarının məhsulu toplanıb və bu sahələrdən 58,8 min ton qarğıdalı yığılıb.

Ötən ilin müvafiq dövrünə nisbətən qarğıdalı nəzərə alınmaqla taxıl istehsalı 132,1 min ton və ya 4,9% artaraq, 2 806,9 min tona çatıb. Ümumi məhsuldarlıq isə 0,2 sentner artaraq 26,8 sentner olub.

Mövsüm başlanandan tarlalardan 736,3 min ton kartof, 988,5 min ton tərəvəz, 398,1 min ton bostan məhsulları, 340,4 min ton meyvə və giləmeyvə, 31,9 min ton üzüm, 399,3 ton çay yarpağı, 15,8 min ton dən üçün günəbaxan və 2,2 min ton tütün yarpağı toplanıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə kartof istehsalı 4,2%, tərəvəz istehsalı 2,1%, bostan məhsulları istehsalı 0,3%, meyvə və giləmeyvə istehsalı 2,7%, üzüm istehsalı 1%, çay yarpağı istehsalı 1% artıb, günəbaxan istehsalı 6,9%, tütün istehsalı isə 13,3% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR