Türkiyə vətəndaşı Gəncədə ölüb

Türkiyə vətəndaşı Gəncədə ölüb
# 26 sentyabr 2013 14:02 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə Türkiyə vətəndaşı dünyasını dəyişib. Gəncə şəhər Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, 1953-cü il təvəllüdlü Türkiyə vətəndaşı Yılgör Ramazan Tələt oğlu yaşadığı evdə qəflətən dünyasını dəyişib.

Ölümün səbəbini müəyyənləşdirmək üçün mərhumun meyiti ekspertizaya göndərilib. Prokurorluqdan bildiriblər ki, Yılgör Ramazan 5 ildən artıqdır Gəncədə yaşayır və Gəncə şəhər sakini ilə ailə qurub. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR