Hindistan Kəşmirində terrorçular polis məntəqəsi və hərbi bazaya hücum edib, ölənlər var

Hindistan Kəşmirində terrorçular polis məntəqəsi və hərbi bazaya hücum edib, ölənlər var
# 26 sentyabr 2013 07:12 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, hadisə nəticəsində ən azı 12 nəfər ölüb, 10-dan çox adam yaralanıb.

Hərbi forma geyinmiş ekstremistlərin Xurinaqarda polis məntəqəsinə hücumu nəticəsində 4 polis və 2 mülki şəxs həlak olub. Binanın damına çıxan yaraqlılar asayiş keşikçilərinə qumbaralar atıblar. Bundan sonra terrorçular oğurladıqları yük maşını ilə qaçaraq yaxınlıqdakı hərbi bazaya hücum ediblər. Burada onlar 6 hərbçini qətlə yetiriblər. Hazırda yaraqlılar hərbi bazada mühasirəyə alınıblar.

Qeyd edək ki, Kəşmir Hindistanla Pakistan arasında mübahisəli ərazi sayılır. Burada dövlət sərhədi yoxdur, iki ölkənin ordularını bir-birindən nəzarət xətti ayırır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR