“Sazz İnternet” xeyriyyə aksiyası keçirib

“Sazz İnternet” xeyriyyə aksiyası keçirib
# 02 iyun 2014 11:17 (UTC +04:00)

Bakı. Aynur Əliyeva APA-Economics. “Sazz İnternet”in baş sponsorluğu ilə Bakıda növbəti xeyriyyə tədbiri keçirilib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Dünya boyu içkilərlə” (“Drinks around the world”) adlanan tədbirin təşəbbüskarı Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərlərinin xanımları tərəfindən yaradılmış HOMS (Heads of Mission Spouses) xeyriyyə qurumudur.

“Dünya Boyu İçkilərlə” adlanan bu ziyafətdə Bakıda fəaliyyət göstərən 25 ölkənin səfirləri öz ölkələrindən gətirilən milli mətbəx və içki nümunələrini, şirniyyat və desertləri qonaqlara təqdim ediblər.

Ziyafətə toplaşmış 300 nəfərdən çox qonağı salamlayan “AzQtel Sazz 4G İnternet”in prezidenti Ceyhun Mollazadə qeyd edib ki, milli mətbəxi və mədəniyyəti nümayiş etdiməklə xoş bir axşam keçirtmək və nəticədə qayğıya ehtiyac duyan uşaqlara və insanlara yardım etmək maraqlı aksiyadır. C.Mollazadə bildirib ki, “Sazz İnternet” bir neçə əlil insana tamamilə pulsuz İnternet xidməti təqdim edir və gələcəkdə öz sosial layihələrini genişləndirmək niyyətindədir.

Biletlərin satışından əldə olunan bütün vəsait HOMS-un himayə etdiyi 4 layihəyə xeyriyyə dəstəyi göstərmək üçün sərf oluncaq. Layihələr Müşfiq Əlil Uşaqlar Mərkəzi, aztəminatlı ailələrə yardım mərkəzi olan Xəzər Şəfqət Layihəsi, Autizm Mərkəzi və Qaçqın qadınlar və Gənclər Evinə təhsil, tibbi və sosial yardm xarakteri daşıyır.

Tədbirin təşkilat komitəsinin rəhbəri Türkiyənin Azərbaycandakı səfirinin xanımı Liza Coşkunun qeyd edib ki, diplomatik missiyaların və sponsorların köməyi ilə Bakıda keçirilən bu unikal tədbir xeyriyyəçiliklə mədəniyyətlərin qovuşmasına imkan verir: “Bununla da biz köməyə təxirəsalınmaz ehtiyacı olan insanlara, xüsusilə də uşaqlara kömək əlimizi uzatmış oluruq”.

“Sazz İnternet” iki ildir ki, Səfir Xanımlar Təşkilatının (HOMS) əsas tərəfdaşlarından biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR