“Unibank” kredit tarixçəsi olmayanlara kredit verir

“Unibank” kredit tarixçəsi olmayanlara kredit verir
# 24 sentyabr 2013 13:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın “Unibank”dan ilk dəfə kredit götürənlərə endirim ediləcək.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Unibank”ın bu gündən başlayan “Siftə krediti” aksiyası, ümumiyyətlə, kredit tarixçəsi olmayan, həyatında ilk dəfə kredit alanlar üçündür. İlk dəfə kredit üçün müraciət edənlər “Unibank”dan 6% endirimlə kredit alacaqlar.

Peşəsindən asılı olmayaraq, 20 yaşdan 65 yaşadək Azərbaycanın işləyən hər bir vətəndaşı yalnız şəxsiyyət vəsiqəsi ilə müraciət edərək 7 500 manatadək və 48 ay müddətədək kredit götürə bilər. Üstəlik, “Siftə krediti” alanlara minimum 300 manat balanslı üzvlük kartı da verilir. “Unibank”dan kredit götürənlərin aylıq gəlirlərinin məbləğinə və əmək stajlarına heç bir tələb qoyulmur.

Qeyd edək ki, “Unibank”da kredit ödənişləri çox asan olub. İndi bütün “Unibank” müştəriləri kreditləri poçt şöbələrindən, “MilliÖn” ödəniş terminallarında, hesab.az saytında, “Unibank”ın “Cash-in” ödəniş terminallarında və unibank.az saytında vaxt itirmədən, növbəsiz və rahat ödəyə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR