Ukraynanın Rovno vilayətini təmsil edən nümayəndə heyəti Qəbələyə səfər edib - FOTOSESSİYA

Ukraynanın Rovno vilayətini təmsil edən nümayəndə heyəti Qəbələyə səfər edib - <span style="color: red;">FOTOSESSİYA
# 10 sentyabr 2013 21:43 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Ukrayna Respublikasının Rovno vilayətinin nümayəndə heyətinin üzvləri əməkdaşlıq məqsədilə Qəbələ rayonuna səfər ediblər. APA-nın məlumatına görə, Rovno Vilayət Dövlət Administrasiyasının sədri Vasili Bertaşın başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə Vilayət Xalq Deputatları Sovetinin sədri Yuri Blaqodır, Rovno şəhərinin meri Vladimir Xomko, vilayətin 6 rayon administrasiyasının rəhbəri, Rovno Ticarət-Sənaye Palatasının prezidenti Nikolay Yaroşşuk, habelə müxtəlif profilli müəssisə, şirkət və firmaların 33 nümayəndəsi daxildir. Səfər çərçivəsində qonaqlar rayonun bir sıra istehsal müəssisələrinin fəaliyyəti və bölgənin turizm imkanları ilə yaxından maraqlanıblar. Qəbələ konserv və limonad zavodlarında və "Beltmann" piano fabrikində istehsal prosesini yaxından izləyən qonaqlara müəssisələrin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Qəbələ heyvandarlıq-südçülük kompleksinin, rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksinin, Qəbələ Üzüm Emalı Zavodunun fəaliyyəti, “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin tikintisi, yeni istifadəyə verilmiş “Karvansaray” oteli, eləcə də beşulduzlu “Qafqaz Resorte”, “Qafqaz Riverside”, “Qafqaz Sport” otelləri, “Fitnes” istirahət və əyləncə mərkəzi ilə yaxından tanış olan qonaqlar Qəbələnin güclü turizm potensialının olduğunu vurğulayıblar. Nümayəndə heyəti ölkəmizin sosial-iqtisadi inkişafının, bölgələrdə müasir texnologiyaya əsaslanan infrastrukturun sürətlə iqtisadiyyatımıza verəcəyi töhfələri yüksək qiymətləndiriblər. Ukraynalı qonaqların Qəbələyə səfəri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR