Azərbaycan Ermənistanda insan hüquqlarının pozulması məsələsini AŞPA-da müzakirəyə çıxarıb

Azərbaycan Ermənistanda insan hüquqlarının pozulması məsələsini AŞPA-da müzakirəyə çıxarıb
# 08 aprel 2014 17:31 (UTC +04:00)

APA-nın Avropa müxbiri xəbər verir ki, daha sonra AŞ-ın Komissarı Assambleya üzvlərinin suallarını cavablandırıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Rafael Hüseynov da Komissara sual ünvanlayıb: “Bir dövlətin başqa bir dövlətin ərazilərini zəbt etməsi pis hadisədir. Amma bu cür işğalçı təbiətli bir dövlətin həm də öz xalqını işğal etməsi ikiqat dəhşətlidir. Ermənistan dövləti son 20 ildən artıq müddətdə yalnız Azərbaycana qarşı deyil, həm də öz xalqının əleyhinə təcavüz siyasəti aparır. Nəticə də ondan ibarətdir ki, Ermənistan faktiki olaraq müstəqilliyini itirərək kənardan idarə olunan bir forposta çevrilib”.

Rafael Hüseynov sualında qeyd edib ki, beynəlxalq təşkilatlardan illərdən bəri real kömək görə bilməyən Azərbaycan öz problemini özü həll edəcək və bunun üçün artıq kifayət qədər imkanları var: “Lakin məni narahat edən köhnə qonşumuz, öz dövlətinin apardığı cinayətkar siyasətin girovuna çevrilmiş erməni xalqının çətin taleyidir. Sizdən soruşmaq istərdim – ölkəni mafiya qaydaları ilə idarə edənlər tərəfindən müstəqil olmaq haqqı əlindən alınan yüz minlərlə erməni vətəndaşının hüquqlarını qorumaq üçün hansı konkret addımlar atılmasını mümkün hesab edirsiniz?”

Avropa Şurası insan haqları komissarı Rafael Hüseynovun sualının cavabında bildirib ki, bu sorğu daha çox Ermənistandakı vəziyyətlə əlaqədar bəyanat səciyyəsi daşıyır. O əlavə edib ki, Ermənistana səfəri planlaşdırılır və bu səfər əsnasında insan haqları ilə əlaqədar böyük problemlər dairəsini təfərrüatlı şəkildə araşdırmaq niyyətindədir. Komissar qeyd edib ki, üzv ölkələrin hər biri Avropa Şurasının təqdir etdiyi dəyərlərə sadiq olmalı və onları ardıcıl şəkildə həyata keçirməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR