ABŞ dövlət katibi: “Seçkilərin nəticələri İran rəhbərliyinin nüvə ambisiyasını dəyişməyəcək”

ABŞ dövlət katibi: “Seçkilərin nəticələri İran rəhbərliyinin nüvə ambisiyasını dəyişməyəcək”
# 01 iyun 2013 09:24 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “İranda bu il iyunun 14-də keçiriləcək prezident seçkilərinin nəticələri bu ölkə rəhbərliyinin nüvə ambisiyasını dəyişdirməyəcək”.

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bunu ABŞ dövlət katibi Con Kerri deyib.

Onun sözlərinə görə, İranın nüvə proqramı haqda seçkilərdə qələbə qazanmış şəxs qərar vermir: “Bu məsələdə son söz İranın ali dini lideri, ayətullah Əli Xamneyiyə məxsusdur”.

C. Kerri deyib ki, ABŞ İranın nüvə proqramı ətrafında yaranmış gərginliyi diplomatik yolla həllinə səy göstərməkdə davam edəcək: “Amma zaman da getdikcə daralır”.

ABŞ dövlət katibi vurğulayıb ki, İranın nüvə proqramının sülh məqsədli olub-olmamasını sübut etməməsi dünya ictimaiyyətinin ciddi narahatlığına gətirib çıxarır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR