Azərbaycan Türkiyədən 67 mln. dollardan artıq ağac və odun məmulatı alıb

Azərbaycan Türkiyədən 67 mln. dollardan artıq ağac və odun məmulatı alıb
# 09 aprel 2014 07:45 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan Türkiyədən ən çox ağac və odun məmulatları idxal edən ölkələr sırasına daxil olub.

APA-Economics”in Türkiyə İxracatlar Məclisinə istinadən verdiyi məlumata görə, bu ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana, o cümlədən Naxçıvan Muxtar Respublikasına 67,557 mln. ABŞ dolları məbləğində ağac və odun məlumatları satılıb.

Bu aylar ərzində Türkiyədən İraqa 169,785 mln. dollarlıq, İrana 87,515 mln. dollarlıq, Liviyaya 72,208 mln. dollarlıq ağac və odun məmulatları ixrac edilib.

Qeyd edək ki, ötən ay ağac və odun məmulatlarının ixracı 2013-cü ilin eyni dövrü ilə müqayisədə 2,4% artıb və 370,37 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR