Bakıda naməlum şəxslər 68 yaşlı qadını qətlə yetirib, evini qarət ediblər - VİDEO

Bakıda naməlum şəxslər 68 yaşlı qadını qətlə yetirib, evini qarət ediblər - <span style="color: red;">VİDEO
# 19 fevral 2014 06:53 (UTC +04:00)

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1946-cı il təvəllüdlü Gülnarə Ağayeva (Qurbanova) yaşadığı evdə qətlə yetirilib. Qətli törədən şəxslər daha sonra evi qarət ediblər.

Hadisə barədə polisə ilk məlumatı G. Ağayevanın nəvəsi, 17 yaşlı Leyla İsrafilzadə verib. Axşam evə gələn L. İsrafilzadə nənəsinin üzərində xəsarətlər olan meyitini aşkar edib və evin qarət olunduğunu görüb.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Baş vermiş hadisə ilə bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR