İran Şərqi Azərbaycan vilayətində zəlzələ olub

İran Şərqi Azərbaycan vilayətində zəlzələ olub
# 05 dekabr 2013 09:55 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Bu gün səhər saatlarında İranın Şərqi Azərbaycan vilayətində zəlzələ baş verib.

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Şərqi Azərbaycan vilayətin Əhər şəhərinə təsadüf edib. 2,3 bal gücündə olan zəlzələ dekabrın 5-də Bakı vaxtı ilə saat 10:59-da (Tehran vaxtı ilə 10:29-da) yerin 18 km dərinliyində meydana gəlib. Təbii fəlakət Əhərdən 3 km, Herisdən 24 km və Vərziqandan 34 km uzaqlıqda baş verib.

Bundan əlavə, dekabrın 5-də səhər saatlarında İranın Qəzvin vilayətində də zəlzələ olub. Təbii fəlakətin episentri İranın Qəzvin vilayətin Əvəj şəhərinə təsadüf edib. 2.2 bal gücündə olan zəlzələ Bakı vaxtı ilə saat 06:52-də (Tehran vaxtı ilə 06:22-də) yerin 12 km dərinliyində meydana gəlib. Təbii fəlakət İranın Həmədan vilayətində də hiss edilib. Zəlzələ Əvəjdən (Qəzvin) 9 km, Abgərmdən (Qəzvin) 13 km və Razandan (Həmədan) 37 km uzaqlıqda baş verib.

Qeyd edək ki, dekabrın 4-də gecə saatlarında İranın Şərqi Azərbaycan vilayətinin Vərziqan şəhərində 1.8 və 2.2 bal gücündə olan iki zəlzələ baş verib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR