Mərziyə Əfxəm: “Üçüncü ölkələrin regionda iştirakı qəbuledilməzdir”

Mərziyə Əfxəm: “Üçüncü ölkələrin regionda iştirakı qəbuledilməzdir”
# 10 dekabr 2013 09:56 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. “Fars körfəzi ölkələrini regional məsələləri həll etmək üçün ikitərəfli və çoxtərəfli səviyyələrdə əməkdaşlığımızı inkişaf etməyə dəvət edirik”.

APA-nın “Press TV” kanalına istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlər üçün keçirilən həftəlik brifinqdə İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bildirib.

M.Əfxəm əlavə edib ki, üçüncü ölkələrin regionda iştirakı qəbuledilməzdir və parçalanmaya səbəb ola bilər: “İranla qonşu ölkələr arasında danışıqlar davam edəcək. Region ölkələri əməkdaşlıq çərçivədə Fars körfəzinin təhlükəsizliyini təmin etməlidir. Fars körfəzi regionu ancaq bu regionda yerləşən ölkələrə məxsusdur və regionla bağlı məsələlər yalnız həmin ölkələrin qəbul etdiyi mexanizmlər vasitəsilə həll olunmalıdır”.

İran-Səudiyyə Ərəbistanı əlaqələri və İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin bu ölkəyə səfər etməməsi ilə bağlı sualı cavablandıran M.Əfxəm xatırladıb ki, bu yaxınlarda nazir ərəb ölkələrinə çox uğurlu səfərlər edib: “İran tərəfi bu ölkəyə də səfər etməyi planlaşdırırdı, lakin Səudiyyə tərəfi hazır olmadığına görə bu baş tutmadı. Səudiyyə Ərəbistanı bizim siyahımızdan çıxarılmayıb. Bu ölkə regionun əsas oyunçulardan biridir və biz əminik ki, əməkdaşlıq və dialoq vasitəsilə bir çox regional və böhranlı məsələlər tərəfimizdən müzakirə olunacaq. Ümid edirik ki, əlverişli imkan yarandığı ilk məqamda səfər baş tutacaq. Tərəflər arasında birbaşa danışıqlar azalanda, anlaşılmazlıqlar artır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR