Dövlət Komitəsi: İsmayıllı rayonunun Mican kəndindəki məscid bağlanmayıb, təmirə dayandırılıb

Dövlət Komitəsi: İsmayıllı rayonunun Mican kəndindəki məscid bağlanmayıb, təmirə dayandırılıb
# 27 fevral 2014 09:09 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İsmayıllıda bağlanan məscidə münasibət bildirib.

Komitədən APA-ya verilən açıqlamada bildirilib ki, İsmayıllı rayonunun Mican kəndindəki məscid yerli əhalinin istəyi ilə təmirə dayandırılıb.

Komitədən bildirilib ki, son günlər bəzi kütləvi informasiya vasitələrində İsmayıllı rayonunun Mican kəndində məscidin bağlanması barədə məlumat yayılıb: “Yayılan məlumatlar həqiqəti əks etdirmir. Məscid zəruri olduğu üçün yerli əhalinin istəyi ilə təmirə dayandırılıb. Eyni zamanda adı çəkilən məsciddə dini icmanın yaradılması məqsədilə sakinlər tərəfindən Dövlət Komitəsinə müraciət daxil olub. Müraciətə baxılaraq qanunvericiliyin tələblərinə uyğun olan bütün zəruri addımlar atılacaq. Eyni zamanda DQİDK tərəfindən bütün məscidlərdə qanunvericiliyin tələblərinə uyğun olaraq, müraciətlər əsasında dini icmaların qeydiyyata alınması və icmaların fəaliyyətinin hüquqi müstəvidə tənzimlənməsi istiqamətində işlər aparılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR