İran XİN rəhbəri: “Dünyadakı bütün kütləvi qırğın silahlarının məhvi zəruridir”

İran XİN rəhbəri: “Dünyadakı bütün kütləvi qırğın silahlarının məhvi zəruridir”
# 19 iyun 2014 12:47 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran xarici işlər naziri dünyadakı bütün kütləvi qırğın silahlarının məhvinin zəruri olduğunu vurğulayıb.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif bildirib ki, İran İslam Respublikası heç vaxt nüvə silahı istehsal etmək niyyətində olmayıb və olmayacaq da: “Biz bunu bütün dünyaya sübut etməyə hazırıq. İran kütləvi qırğın silahlarının ən böyük və son qurbanı olaraq onların heç vaxt və heç bir formada istehsal edilməməsinin tərəfdarıdır. Hazırda kütləvi qırğın və nüvə silahlarına qarşı çıxdıqlarını iddia edərək, İranla müzakirə masası arxasına əyləşmiş tərəflər 1990-cı ildə həmin silahların himayədarı olublar. Bu isə dövrümüzün acı zarafatlarından sayılır”.

Onun sözlərinə görə, İran xalqı heç vaxt cinayət qarşısında cinayətə əl atmayıb: “Biz heç vaxt başqalarına təcavüz etməmişik və düşmənçiliyi düşmənçiliklə cavablandırmamışıq. Müharibəpərəst dövlətlər tərəfindən aparılan bütün uydurmalar, mənfi təbliğatlar və İranofobiya siyasətinə baxmayaraq, İran nüvə silahlarından istifadə etməyəcək. Necə ki, 1980-88-ci illərdə İraqla müharibə dövründə İrana qarşı kimyəvi silahlardan yararlanmış Səddam Hüseyn rejiminə qarşı belə kimyəvi silahlardan istifadə etməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR