«Nar Mobile» yeni tarif paketini istifadəyə verib

«Nar Mobile» yeni tarif paketini istifadəyə verib
# 20 may 2013 14:32 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) yeni «Limitsiz» tarifini istifadəyə verib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bu tarif bütün «Nar Mobile» abunəçiləri ilə sərhədsiz danışmaq imkanını yaradır. Belə ki, abunəçiyə gündəlik olaraq 300 dəqiqə və 100 SMS təqdim olunur. Bonus dəqiqələr bitdikdə hər şəbəkədaxili zəng üçün 6 qəpik, şəbəkədaxili SMS-lər üçün isə 3 qəpik çıxılır.

Bununla yanaşı, təqdim olunmuş bonus dəqiqələr istifadə edilmədikdə bir ay ərzində toplanır və təqvim ayı ərzində qüvvədə qalır. Bu qalıqlar növbəti təqvim ayına keçirilmir.

Sözügedən tarifə qoşulmaq üçün abunəçi «Limitsiz» yazaraq 777 nömrəsinə mesaj göndərməli və ya *777#111#YES şifrəsini yığmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR