Ucarda mikroavtobus aşıb, 12 nəfər yaralanıb - YENİLƏNİB - VİDEO

Ucarda mikroavtobus aşıb, 12 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 10 sentyabr 2013 14:32 (UTC +04:00)

APA-nın Aran bürosunun məlumatına görə, qəzaya uğrayan, yaralananlar Bakı - Göyçay marşrutu ilə hərəkət edən 90 – JZ – 369 dövlət nömrə nişanlı “Hyundai” markalı mikroavtobusun sürücüsü 21 yaşlı Tərtər rayon sakini Səlimzadə Cavid Camal oğlu, sərnişinlər - Göyçay rayon sakinləri - 25 yaşlı İsgəndərov Elnur Rafiq oğlu, onun qardaşı 27 yaşlı Əli Rafiq oğlu, 18 yaşlı Fərhadlı Faxrəd Azad oğlu, 33 yaşlı Əhmədov Rafiq Şamil oğlu, 57 yaşlı Yusifov Sahib İslam oğlu, 51 yaşlı Hümmətov İntiqam Nəriman oğlu, 22 yaşlı İsmayılov Tufan Ehtiram oğlu, 36 yaşlı Lütvəliyev Natiq Günəş oğlu, 22 yaşlı Çərkəzli İsrafil Qinyaz oğlu, 54 yaşlı Məmmədova Xatirə Kamal qızı və 46 yaşlı Məcidova Xuraman Soltanəli qızıdır.

Onlar müxtəlif bədən xəsarətləri ilə Ucar Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan APA - ya verilən məlumata görə, İ. Hümmətov, X. Məmmədova və X. Məcidovanın vəziyyətini ağırdır. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

***

15:20

Ucar. Zahid Abışov – APA. Ucar rayonunda çoxsaylı insan xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

APA - nın yerli bürosunun məlumatına görə, hadisə bu gün saat 14:20 radələrində Bakı – Qazax yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, Bakı – Göyçay marşrutu ilə hərəkət edən 90 – JZ – 369 dövlət nömrə nişanlı “Hyundai” markalı mikroavtobus yoldan çıxaraq aşıb. Məlumata görə, 10-a yaxın yaralı Ucar Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hazırda yol polisinin əməkdaşları hadisə yerində araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR