ABŞ-da qaz emalı zavodunda partlayış baş verib

ABŞ-da qaz emalı zavodunda partlayış baş verib
# 31 mart 2014 20:03 (UTC +04:00)

APA-nın məlumatına görə, “Williams - Northwest Pipeline” qaz emalı zavodunda sistern partlayıb.

İlkin məlumata görə, bir nəfər xəsarət alıb. Hazırda yüzlərlə insanın evakuasiya edildiyi bildirilir. Xilasedicilər zavod işçiləri, yaxınlıqda yaşayan sakinləri və məktəbliləri təxliyyə edirlər.

Yerli sakinlərin NBC telekanalına dediklərinə görə, partlayış 5 km radiusda hiss olunub. Digər təfərrüatlar barədə hələ ki məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR