Dənizkənarı bulvarda batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Dənizkənarı bulvarda batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib
# 07 may 2013 15:30 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Bakıda batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı bulvarın ərazisində, 1990-cı il təvəllüdlü Nəzərli Ziya İltifat oğlu dənizdə (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 2 km məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşib. Dərhal hadisə yerinə cəlb olunmuş FHN Dövlət Sularında Xilasetmə Xidmətinin müvafiq dalğıc-xilasediciləri tərəfindən vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 17:23-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR