Rusiya və İran XİN rəhbərləri Xəzərin hüquqi statusu ilə bağlı müzakirələr aparacaq

Rusiya və İran XİN rəhbərləri Xəzərin hüquqi statusu ilə bağlı müzakirələr aparacaq
# 16 yanvar 2014 08:18 (UTC +04:00)

Bakı – APA. Rusiya və İran xarici işlər nazirlərinin görüşündə Xəzərin hüquqi statusu ilə bağlı müzakirələr aparılacaq.

APA – nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya XİN başçısı Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşü zamanı deyib.

O bu görüşü Xəzər dənizində əməkdaşlıq üzrə hüquqi bazanın möhkəmləndirilməsinə yönələcək sənədlərin hazırlanması üçün yaxşı fürsət kimi qiymətləndirib.

“Bugünkü danışıqlarda biz Rusiya ilə İranı maraqlandıran regional məsələləri müzakirə etmək niyyətindəyik”, - deyə o vurğulayıb.

Lavrov-Zərif görüşündə Suriya probleminin, habelə Yaxın Şərq, Şimali Afrika və Əfqanıstandakı böhranların müzakirə ediləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR