Xaçmazda meşə massivində 1000-dək at və eşşək cəsədi tapılıb - FOTO - VİDEO

Xaçmazda meşə massivində 1000-dək at və eşşək cəsədi tapılıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 14 yanvar 2014 06:34 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayonunda meşə massivində xeyli sayda heyvan cəsədi tapılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisində, avtomobil yolundan 250-300 metr aralıda meşə massivində təxminən 1000-dək at və eşşək cəsədi aşkar edilib.

Meşə gözətçisi İlyas İlyasov deyib ki, bu vəzifəyə yeni təyin olunub, ərazini təhvil-təslim edərək bura baxış keçirdiyi zaman bu faktla qarşılaşıb. Onun sözlərinə görə, meşənin üç yerində bu cür heyvan məzarlığı var. O bu barədə artıq rəhbərliyə məlumat verdiyini də deyib.

Ehtimal olunur ki, bu heyvanların ətindən kolbasa istehsalında istifadə olunur, cəsədlərin qalıqları əraziyə axşam saatlarında gətirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR