Əfqanıstan prezidenti Azərbaycan prezidentini təbrik edib

Əfqanıstan prezidenti Azərbaycan prezidentini təbrik edib
# 06 iyun 2014 12:03 (UTC +04:00)

Bakı-APA. Əfqanıstan prezidenti Həmid Kərzai Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, təbrik məktubunda deyilir:

“Milli bayramınız - Respublika Günü münasibətilə sizə, dost və qardaş Azərbaycan xalqına Əfqanıstan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan şərəf hissi duyuram. Əfqanıstanla Azərbaycan arasında dostluq münasibətlərinin ölkələrimizin qarşılıqlı mənafelərinə uyğun olaraq müxtəlif sahələrdə daha da möhkəmlənməsini arzu edirəm. Zati-alinizə cansağlığı, dost və qardaş Azərbaycan xalqına gündən-günə artan tərəqqi və səadət diləyirəm”.

Azərbaycanın dövlət başçısını 28 May-Respublika günü münasibəti ilə həmçinin Tunis prezidenti Mohamed Monsef Marzuki təbrik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR