AMEA İnsan Hüquqları İnstitutunun direktoru: “Dünyada insan hüquqları yoxdur”

AMEA İnsan Hüquqları İnstitutunun direktoru: “Dünyada insan hüquqları yoxdur”
# 20 iyun 2014 07:50 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Dünyada insan hüquqları yoxdur, sadəcə, bundan bir alət kimi istifadə edirlər”.

APA-nın verdiyi məlumata görə, bunu “Leyla Əliyeva: “Xocalıya Ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” adlı üç cildlik əsərin təqdimat mərasimində çıxış edən AMEA İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva söyləyib.

A.Mustafayeva Kosovo, İraq və Liviyanın timsalında bunun aydın göründüyünü bildirib: “Robert Köçəryan, Serj Sərkisyan beynəlxalq tribunalda oturmalıdır. Biz Xocalı tribunalının qurulmasına nail olmalıyıq. Digər tərəfdən, Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulan iqtisadi, maddi zərərlə bağlı işlər aparılmalıdır. Bu sənədlər hazırlanmalı və beynəlxalq təşkilatlar qarşısına çıxan zaman bizim əlimizdə bir alət olmalıdır. Biz Ermənistan tərəfindən qul kimi işlədilən azərbaycanlı əsirlərin məsələsini də qabartmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR