Azərbaycan dövlət büdcəsinin gömrük daxilolmaları 15% artıb

Azərbaycan dövlət büdcəsinin gömrük daxilolmaları 15% artıb
# 13 may 2013 12:41 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə aprel ayında dövlət büdcəsinə 116,171 mln. manat gömrük vergi və rüsumları köçürülüb.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, bu vəsaitin 11,112 mln. manatı gömrük rüsumları, 100,1 mln. manatı ƏDV, 3,487 mln. manatı aksizlər, 1,472 mln. manatı isə yol vergisinin payına düşüb.

Ümumilikdə, bu ilin əvvəlindən indiyədək DGK-nin xətti ilə büdcəyə 405,664 mln. manat vəsait köçürülüb. Bundan 71,393 mln. manatı gömrük rüsumları, 316,133 mln. manatı ƏDV, 13,004 mln. manatı aksizlər, 5,133 mln. min manatı isə yol vergisi təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən büdcəyə toplanan vəsaitin həcmi 14,86% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR