Bakı Dövlət Sosial İqtisad Kollecinin direktoru və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb

Bakı Dövlət Sosial İqtisad Kollecinin direktoru və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb
# 29 noyabr 2013 12:17 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Dövlət Sosial İqtisad Kollecinin direktoru Mübariz Mahmudov və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası dekabrın 4-nə təyin edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin təqsirləndirilən şəxslərlə bağlı yaydığı məlumata görə, kollecin direktoru Mübariz Mahmudov, qiyabi şöbənin müdiri İlqar Əzizov, həmin şöbənin sabiq müdiri Əlixan Ağamirzəyev, şöbənin metodisti Şahin Mirzəmətov və sürücüsü Rafiq Yunusov ilə qabaqcadan əlbir olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar kollecin tələbələrindən onlara xidmət üzrə ümumi himayədarlıq edilməsi müqabilində 94 340 manat məbləğində rüşvət almalarında və digər qanunsuz əməllər törətmələrində şübhələr üçün əsaslar olduğundan, onlar həbs ediliblər.

Mübariz MahmudovCinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 213.1 (vergi ödəməkdən yayınma), 311.3.1, 311.3.3, 311.3.4 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı), İlqar Əzizov, Şahin Mirzəmətov və Əlixan Ağamirzəyev 311.3.1, 311.3.3, 311.3.4-cü, Rafiq Yunusov 32.5, 311.3.1-ci, Əliqulu Sadıqov 179.3.2 və 313-cü, İranə Quliyeva isə 213.1 və 313-cü maddələri üzrə ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR