“Qarabağ” Avroliqanın pley-off mərhələsinə yüksəlib

“Qarabağ” Avroliqanın pley-off mərhələsinə yüksəlib
# 08 avqust 2013 21:15 (UTC +04:00)

APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, bu turdakı yeganə təmsilçimiz “Qarabağ” növbəti oyununa çıxıb. Ağdam klubunun rəqibi İsveç təmsilçisi “Gefle” olub.

Bakıda 1:0 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri rəqibini Skandinaviyada da məğlub edib. Komandamız hər hissədə 1 qol vuraraq 4-cü təsnifat mərhələsinə yüksəlib.

Ağdamlıların hər iki qolunu braziliyalı legionerləri vurub. Reynaldo isveçlilərlə ilk oyundakı kimi yenə fərqlənməyi bacarıb.

Avropa Liqası

Üçüncü təsnifat mərhələsi (cavab oyunu)

“Gefle” (İsveç) – “Qarabağ” (Azərbaycan)- 0:2

QOLLAR: Çumbinyo, 41, Reynaldo da Silva, 50

ilk oyun - 0:1

Baş hakim: Stefan Klossner (İsveçrə).

Sundsvall. “Norrporten Arena”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR