Cəlilabadda oğurluq hadisəsi baş verib - VİDEO

Cəlilabadda oğurluq hadisəsi baş verib - <span style="color: red;">VİDEO
# 14 oktyabr 2013 22:02 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Azərbaycanın Cəlilabad rayonunda oğurluq hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Qarazəncir kənd sakini Kamil Qurbanova məxsus ərzaq dükanında qeydə alınıb. Naməlum şəxs və ya şəxslər gecə saatlarında içəri soxularaq dükandan ümümi dəyəri 2500 manat olan müxtəlif çeşiddə malları, o cümlədən siqaret qutularını, xeyli sayda telefon danışıq kartlarını və ərzaq məhsullarını oğurlayıb.

Kamil Qurbanovun sözlərinə görə, 2 həftə öncə də onun kəndin digər ərazisində yerləşən ərzaq dükanından umumi dəyəri 1500 manat olan xeyli miqdarda ərzaq məhsulları oğurlanıb. Dükan sahibi hər iki hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Cəlilabad Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib.

Faktla bağlı Cəlilabad RPŞ-də cinayət işi açılıb, oğurluq faktının üstünün açılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR