İranda azərbaycanlı fəal həbs edilib

İranda azərbaycanlı fəal həbs edilib
# 16 may 2014 10:35 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda azərbaycanlı fəal həbs edilib.

APA-nın AZOH-a istinadən verdiyi məlumata görə, Səid İbrahimzadə mayın 1-də Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsinə çağırılıb.

Azərbaycanlı fəal bunu səbəbini öyrənmək üçün ötən həftə məhkəməyə gedib. S.İbrahimzadə müstəntiq tərəfindən bir neçə saat dindirildikdən sonra Təbriz şəhərinin mərkəzi həbsxanasına göndərilib, ancaq daha sonra müvəqqəti azadlığa buraxılıb. Lakin hazırda azərbaycanlı fəalın Təbriz Mərkəzi Həbsxanasının 12-ci korpusunda saxlanıldığı məlum olub.

Onun nə üçün həbs edildiyi və nədə günahlandırıldığı barədə heç bir məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR